USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tehran və Bakının yeni iqtisadi planları

07.08.2018 İqtisadiyyat
0 0
Tehran və Bakı İran-Azərbaycan İqtisadi İnkişaf Mərkəzi yaratmağı planlaşdırır.

"Kommersant.az" xəbər verir ki, bu sözləri İranın Nəqliyyat və Logistika Federasiyasının baş katibi Məhəmməd Eyqarlu deyib.

M.Eyqarlunun sözlərinə görə, mərkəzin yaradılması qərarı bu yaxınlarda iki ölkə nümayəndələri arasında keçirilmiş birgə ticarət görüşündə qəbul edilib.

Baş katib qeyd edib ki, bu cür mərkəz İran və İraq arasında yaradılıb və yaxşı nəticələr verib.

Tehranla Bakı arasındakı yaxşı münasibətləri qeyd edən M.Eyqarlu deyib ki, Azərbaycan İran məhsullarının digər ölkələrə nəqli məntəqəsi kimi çıxış edə bilər:

"İran həmçinin Azərbaycandan oduncaq idxal edə bilər".

M.Eyqarlu həmçinin Hindistan və Yaxın Şərqi Qafqaz, Mərkəzi Asiya və Avropa ilə əlaqələndirən "Şimal-Cənub" nəqliyyat dəhlizini xatırladıb və vurğulayıb ki, İranın Yollar və Şəhər İnkişafı Nazirliyi bu marşrutun yaradılmasına xüsusi diqqət ayırır.

(c) Trend