USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AB ölkələrindən 10% çoxdur - TƏZYİQLƏR ARTA BİLƏR

07.08.2018 İqtisadiyyat
0 0
Almaniyanın iqtisadiyyatı güclənir.

"Kommersant.az" xəbər verir ki, ötən il Almaniyanın Avropa Birliyinin digər dövlətlər ilə ticari dövriyyəsi 159,3 milyard dollar təşkil edib. Bununla da Almaniya bu ölkələr arasında sərbəst ticarət dövriyyəsi ən yüksək olan ölkələrdən birinə çevrilib.

Belə ki, hazırda Almaniya AB ilə apardığı ticarətdən gələn gəlirin 2/3-ni özünə götürür. "Bundesbank"ın yaydığı məlumata görə, cari ilin yanvar-aprel ayları ərzində ölkənin profisiti 175 miyard avro təşkil edib ki, bu da digər AB ölkələrindən 10% çoxdur.

Bu da öz növbəsində dünya ölkələrinin diqqətindən yayınmır və ekspertlərin fikrinə görə, yaxın günlərdə Almaniyaya qarşı təzyiqlərin artmasına səbəb ola bilər.