USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vəkillər Kollegiyası Mingəçevirdə ödənişsiz hüquqi yardım günü təşkil edib

07.08.2018 İqtisadiyyat
0 0
“Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Mingəçevirdə əhaliyə ödənişsiz hüquqi yardım xidmətləri göstərilib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətindən "Kommersant.az"a bildiriblər ki, layihənin əsas məqsədi benefisiarların sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və sair) bağlı məlumatlandırılmasından, regionlarda "Ödənişsiz hüquqi yardım günləri"nin təşkil edilməsindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir.
"Ödənişsiz hüquqi yardım" günündə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Mais Əliyev və Aqşin Atalızadə tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan əhalinin müraciətlərinə baxılıb. Vətəndaşlar aidiyyəti hüquqi məsləhət aldıqdan sonra müvafiq orqanlara yönləndiriliblər.
Əhalinin müraciətləri əsasən ünvanlı sosial yardımın verilməsi, alimentin ödənilməməsi, əlilliyin müəyyənləşdirilməsi, bank krediti ödənişləri, pensiya və sosial müavinətlərin verilməsi, məşğulluq, əmək xəsarətlərinə görə ödənişlərin verilməsi və sair ilə bağlı olub.
Müraciətlərə müvafiq olaraq yeddi iddia ərizəsi yazılıb, müxtəlif orqanlara doqquz sorğu ünvanlandırılıb. Eləcə də 51 nəfərə şifahi olaraq hüquqi məsləhət verilib.

  • Əvvəlki

    Plastik tullantılarla bağlı ekoloji fləşmob keçirilib

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0