USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çörəyi ucuz satmaq qadağandır

08.08.2018 İqtisadiyyat
0 0
Əks halda cəzalandırıla bilərsiniz.

"Kommersant.az" xəbər verir ki, Türkiyədə çörəyin qiymətinin müzakirələrə səbəb olduğu bir vaxta həmkarlarından fərqli olaraq 400 qram çəkisi olan çörəyi 1 lirəyə satan çörəkçi məhkəməyə verilib.

Belə ki, haqsız rəqabət etdiyi üçün rəqibləri tərəfindən məhkəməyə verilən çörəkçi Kazım Balabanın zavoduna ötən gün xəbərarlıq göndərilib. Məsələ, məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilib ki, çörəkçinin 1 lirəyə satdığı çörəyin maya dəyəri 1,65 lirədən yüksəkdir.

Özünü müafiə edən Balaban isə açıqlamasında, unu topdan, nağd aldıqlarından və zavodun da şəxsi mülk olmasından xərclərin azalığını bildirib. Balaban bu fürsəti vətənaşların lehinə istifadə etdiyini söyləyib. Sonda çörəkçi 40 ildir bu işlə məşğul olduğunu və hazırki vəziyyətdə də kifayət qədər qazanc əldə edə bildiyini əlavə edib.