USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə ABŞ-ın xəbərdarlığına məhəl qoymur

08.08.2018 İqtisadiyyat
0 0
Türkiyə-İran münasibətləri davam edəcək.

"Kommersant.az" xəbər verir ki, Türkiyə İranla qaz alış-verişini ABŞ-ın xəbərdarlıqlarına və sanksiyalarına baxmayaraq davam etdirəcəyini bildirib. Bu barədə, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.

Nazir açıqlamasında, energetika sahəsinin təhlükəsizliyinin təmin edilməsinin Türkiyə üçün çox əhəmiyyətli olduğunu, bu sahədə İranla 2026-cı ilə qədər müqavilə bağlanıldığını və il ərzində 9,5 milyard kubmetr qaz alındığını söyləyib. O, sonda əlavə edib ki, Türkiyə vətəndaşlarının soyuqda qalmaması üçün müqavilə dayandırıla bilməz.