USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Növbəti ildə iqtisadiyyatda artımın sürətlənəcəyi gözlənilir - PROQNOZ

08.08.2018 İqtisadiyyat
0 0
“Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir.

"Kommersant.az" xəbər verir ki, bu barədə agentliyin hesabatında deyilir.

Agentliyin analitikləri 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcəyini proqnozlaşdırır:

“Əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı. Biz gözləyirik ki, Azərbaycanda ümumi daxili məhsulun artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3 faiz artacaq. Bu, neft qiymətlərinin artmasının davam etməsi ilə və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur”.


(c) Trend