USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyadan Türkiyəyə milyardlıq yatırım

08.08.2018 İqtisadiyyat
0 0
Yeni nəsil texnologiyalar istehsal ediləcək.

"Kommersant.az" xəbər verir ki, sənaye və texnologiya naziri Mustafa Varank ilə Almaniyanın "Bosch" şirkətinin Türkiyə rəsmisi Steven Young arasına görüş keçirilib. Görüşün əsas mövzusu Türkiyədə milyardlarla sərmayə yatırılan yeni nəsil texnoloji avadanlıqların istehsalını həyata keçirəcək istehsalatın qurulması olub.

Görüşdən sonra Steven Young ictimaiyyətə açıqlama verib. O, açıqlamasında, Bursada yeni nəsil texnolji istehsalatın qurulmasına dəstəyini göstərən hər kəsdən məmnun qaldığını dilə gətirib. O, istehsal edilən məhsulların həm Türkiyə, həm də digər ixracat ölkələri üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Qeyd edək ki, "Bosch" şirkəti Türkiyədə artıq 100 ildir ki, fəaliyyət göstərir.