USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün qızıl-gümüş bahalaşıb

08.08.2018 İqtisadiyyat
0 0
Azərbaycanda qızıl və gümüşün qiymətləri bahalaşıb.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, avqustun 8-də qızılın qiyməti avqustun 7-i ilə müqayisədə 4,8195 manat artaraq 1 troy unsiyası üçün 2062,848 manat təşkil edib.
Gümüş 0,1156 manat bahalaşaraq 1 unsiya üçün 26,2166 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 6,613 manat artaraq 1412,326 manat, palladiumun qiyməti isə 4,5135 manat artaraq 1551,573 manat təşkil edib.