USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mingəçevirdə "Təmiz hava" aylığı çərçivəsində sürücülərə qarşı reyd keçirilib

08.08.2018 İqtisadiyyat
0 0
Mingəçevir şəhər Polis Şöbəsinin dövlət yol polisi bölməsi 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi birgə "Təmiz hava" aylığı çərçivəsində reyd keçirib.

"Kommersant.az" "Report"un Şirvan bürosuna istinadən xəbər verir ki, gün ərzində şəhərin Heydər Əliyev prospekti, Samux küçəsi və digər ərazilərində 80–dən artıq avtomobil saxlanılıb.
Reyd zamanı xüsusi cihaz vasitəsi ilə avtomobillərdən ətrafa yayılan ekoloji tullantıların həcmi müəyyən edilib. Mühərriklərində problemlər və tullantıların normadan artıq həcmi müəyyən olunan avtomobillərin sürücülərinə qarşı 50 inzibati protokol tərtib olunub.
Reydlər növbəti günlərdə də davam etdiriləcək.