USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Astarada sahələrdən 19 min tona yaxın tərəvəz məhsulları yığılıb

08.08.2018 İqtisadiyyat
1 0
Bu il Astara rayonunda 2233,5 hektar sahədə tərəvəz məhsulları yetişdirilib.

"Kommersant.az"ın xəbərinə görə, Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, iyulun 15-dən rayonda tərəvəz yığımına başlanılıb. İndiyədək 169,5 hektar sahədən 18 min 848 ton məhsul yığılıb. Bunun 820 tonunu kələm, 4232 tonunu xiyar, 4535,6 tonunu pomidor, 1386,8 tonunu sarımsaq, 532,9 tonunu soğan, 2840,8 tonunu digər tərəvəzlər təşkil edir. Sahələrdən, həmçinin 8288,9 ton kartof və 3282,8 ton bostan məhsulları yığılıb.
Tərəvəzçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları əsasən yerli bazarlarda və Bakı şəhərində satırlar.
Havaların isti keçməsi tərəvəzçilikdə məhsuldarlığa da təsir edib. Ötən il hər hektarda məhsuldarlıq 135,1 sentner olmuşdusa, bu il bu rəqəm 111,5 sentner təşkil edir.
Bu il Astara rayonunda 30 min tona yaxın tərəvəz məhsullarının istehsalı nəzərdə tutulub.