USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxtın inkişafına ayrılan sərmayənin 64,3 faizi qeyri-dövlət sektorunun payına düşüb

08.08.2018 İqtisadiyyat
0 0
Cari ilin yanvar-iyun aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 466,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,5 faiz az vəsait yönəldilib.

Bakı Şəhər Statistika İdarəsindən "Kommersant.az"a bildirilib ki, ümumi sərmayənin 35,7 faizi dövlət, 64,3 faizi qeyri-dövlət sektoru sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 63,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
İlin ilk 6 ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,4 faizini əsaslı təmir, 4,9 faizini cari təmir, 19,1 faizini isə digər tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 81,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.