USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsmayıllıda taxıl sahələrində orta məhsuldarlıq 35,6 sentner təşkil edib

09.08.2018 İqtisadiyyat
0 0
İsmayıllı rayonunun taxılçıları biçin kampaniyasını başa çatdırıblar. Zəmilərdən 102 min 245 ton məhsul istehsal olunub.

"Kommersant.az" AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, rayonda bu ilin məhsulu üçün 28 min 604 hektarda taxıl yetişdirilmişdi. Sahələrin 21 min 650 hektarı buğda, 6 min 954 hektarı isə arpa idi.
Qeyd edək ki, iyunun 2-dən 18-dək rayon ərazisinə yağan leysan yağışları və dolu taxıl sahələrinin 4555 hektardan çox hissəsinə ziyan vurmuşdu. Bundan əlavə, 10 hektardan artıq sahə sel suları nəticəsində məhv olmuşdu. Bütün bunlara baxmayaraq, fermerlər və fiziki şəxslər ərzaq təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən taxılın tam biçilib yığılması üçün bütün qüvvələri səfərbər ediblər. Hər hektardan məhsuldarlıq 35,6 sentner olub. Əlverişsiz hava şəraitində əldə olunan bu göstərici taxılçıları qane edib.
Rayonun bir sıra taxılçılıq bölgələrində, o cümlədən Qubaxəlilli, Kəlbənd, Gəraybəyli, Zərnava, Mollaisaqlı və Kürdmaşı ərazi vahidlərində zəmilərdən daha bol məhsul götürülüb.