USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sənaye üsulu ilə hektardan 400 sentner məhsul götürülür

09.08.2018 İqtisadiyyat
0 0
İsmayıllı rayonunda intensiv və innovativ becərmə texnologiyaları ilə əkilib yetişdirilən kartof sahələrində məhsul yığımına başlanılıb və hər hektardan orta hesabla 400 sentner kartof götürülür.

"Kommersant.az" xəbər verir ki, cari mövsümdə rayonda 885 hektarda kartof yetişdirilib. Sahələrin 200 hektarı "Aqromaster" MMC tərəfindən sənaye üsulu ilə əkilib və bol məhsul əldə olunub. Əkində "Marabella" və "Berlima" sortlarından istifadə olunub ki, bu sortlar da çox məhsuldardır.

Hazırda kartof xüsusi aqreqatla çıxarılır, əl ilə yığılıb qablaşdırılır. Məhsul yığımında hər gün 70-80 nəfər işçi qüvvəsi çalışır.

Qeyd edək ki, ötən il rayonda 10 min 343 kiloqram kartof istehsal olunmuşdu. Cari mövsümdə daha çox məhsulun əldə ediləcəyi gözlənilir.


(c) Azertac