USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İldə 200 min avro maaş alan pilotlar tətilə çıxırlar

09.08.2018 İqtisadiyyat
0 0
İrlandiyanın ucuz hava yolu şirkəti "Ryanair"in tarixindəki ən böyük pilot tətil aksiyası başlayır. Almaniyadakı "Ryanair" pilotları, "iş şəraitlərinin və maaşların artırılması" üçün 10 Avqustdan tətilə çıxacaqlar.

"Kommersant.az" xəbər verir ki, Şirkətin rəsmi internet saytında yer alan məlumata görə, sonuncu dəfə pilotların maaşı 2017-ci ilin Noyabr ayında 20 faiz artırılıb və illik əmək haqqı 150 min avro ilə 200 min avro arasında dəyişir.

Tətilin Almaniyadakı bütün uçuşları təsir göstərəcəyi vurğulanıb.

İrlandiya, İsveç və Belçikada da eyni zamanda tətil keçiriləcək. Şirkət, bu ana qədər 2 min 400 Avropa uçuşunun 146-sını ləğv edib.

Almaniyanın pilot həmkarı ittifaqı "Vereinigung Cockpit"dən (VC) verilən açıqlamada, "Pilotların əmək haqlarında artım olmadan təkmilləşdirmələr düşünülə bilməz. Görüşlər zamanı "Ryanair" bu artımları istisna edib. Eyni zamanda, "Ryanair" həll tapmaq mövzusunda səy göstərmədi. Hadisələrin bu səviyyəyə gəlməsində təkcə "Ryanair" cavabdehdir",- deyilir.

(c) Marja