"Kommersant.az" xəbər verir ki, türkiyəli ekspertlərin dəyərləndirməsinə görə, iyul ayı ərzində avroya yatırım edən sərmayəçilər daha çox gəlir əldə edib.
Belə ki, Türkiyə Statistika Qurumu (TÜİK) ötən ay üçün açıqladığı real maliyyə gəlirlərinə görə istehlakçı qiymətləri indeksi ilə dəyərləndirilərsə, 2,3% artım avroda qeydə alınıb. Bu hesabata görə, dollar sərmayəçiləri 1,04% gəlir qazana bilib.