Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8% artıb.
"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, o cümlədən ərzaq məhsulları 2,8%, qeyri-ərzaq malları 3,4%, əhaliyə göstərilən ödənişli xidmətlər 2,3% bahalaşıb.
Cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 % azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% artıb.
Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsulları və xidmətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3% bahalaşıb. Bu müddətdə ərzaq məhsullarının qiymətləri 3%, qeyri-ərzaq mallarının qiymətləri 3,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4% artıb. Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6% azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.