Türk Hava Yollarının (THY) İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) yer alan açıqlamasında yeni hədəf və gözləntilərə yer verilib.
"Kommmersant.az" xəbər verir ki, açıqlamada, bu il daxili xətlərdə 33 milyon, xarici xətlərdə 42 milyon olmaqla cəmi 75 milyon sərnişin daşınmasının hədəfləndiyi və artımın 5-6 faiz arlığında olmasının gözlənildiyi qeyd edilir.
Həmçinin 21 faiz artımla 1,3 milyon ton yük daşınması nəzərdə tutduğu bildirilib. 2018-ci ildə sərnişin doluluq nisbətinin isə təxminən 81 faiz olaraq baş verməsi gözlənilir.
Açıqlamada, "Təxminən 12,5 milyard dollar həcmində satış gəliri əldə edilməsi məqsədi güdür" - deyilir.