Cari ilin yanvar-iyun aylarında Bakıda maşın və avadanlıqların istehsalı 1,4 faiz artıb.
"Kommersant.az" AZƏRTAC-a istinadla bildirir ki, hesabat dövründə paytaxtın maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 89,3 milyon manatlıq məhsul istehsal olunub. Yarım ildə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,4 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 95,3 faiz azalıb.