USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu rayonun qaz təchizatında məhdudiyyət olacaq

09.08.2018 İqtisadiyyat
0 0
Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən "Kommersant.az"a verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yeni çəkilmiş polietilen, diametri 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar avqustun 10-da saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tbilisi prospekti, həmçinin 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

  • Əvvəlki

    Natiq Əliyev "Şöhrət" ordeni ilə təltif edilib

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0