USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı təsdiqlənib

09.08.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Kommersant.az"ın məlumatına görə, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Səhiyyə Nazirliyinə bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.