"Kommersant.az" xəbər verir ki, ABŞ-ın xarici işlər naziri Heather Nauert ölkəsinin Türkiyəyə yönəlmiş sanksiyaları ilə bağlı tərəflər arasında keçirilmiş görüşdən sonra müzakirələrin davam etdiyini bildirib.
Nazirliyin sözcüsü açıqlamasında, Türkiyə ilə hərtərəfli əlaqələrinin olduğunu və dünənki görüşdə bütün detallara aydınlıq gətirildiyini vurğulayıb. O, konkret şəkildə amerikan rahibin ölkəsinə qaytarılmalı olduğunu Türkiyə tərəfinə bildirdiklərini söyləyib.
Nauert, görüşün müsbət nəticəsi olaraq rahibin evə qayıtdığını, amma buna baxmayaraq danışıqların hələ davam etdiyini əlavə edib. Sonda danışıqların ictimaiyyətə tam açıqlanmayacağı da bildirilib.