"Kommersant.az" xəbər verir ki, Ukraynanın valyuta ehtiyatları zəifləyir və ölkənin Mərkəzi Bankı bundan narahatlığını ifadə edib.
Belə ki, ölkə hazırda valyuta ehtiyatlarında son 4 ilin ən aşağı səviyyəsini yaşayır, lakin planlar büdcəni möhkəmləndirməyə yönəlib. Bu isə öz növbəsində maliyyə vəziyyətində xaos yarada bilər.
Avqust ayında hökumət xəzinəsinin balansı 2 milyard qriven azaldılıb. Qeyd edək ki, ölkə bu vəziyyəti ən son Viktor Yanukoviçin hakimiyyəti dövründə yaşayıb.
Ukrayna Milli Bankının sədri Dmitri Soloqub açıqlamasında bildirib ki, ölkədə likvidlik problemi var və boşluqlara doldurmaq üçün hökumətə vəsait lazımdır. Soloqub, təəssüflə əlavə edib ki, hazırda Ukrayna büdcə defsitini dolduracaq mənbələrə malik deyil və ölkə iqtisadiyyatı çətin vəziyyətdədir.