USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cari kəsrlərin miqdarı açıqlanıb

10.08.2018 İqtisadiyyat
0 0
Nəticələr ürəkaçan deyil.

"Kommersant.az" xəbər verir ki, Türkiyənin Mərkəzi Bankı 2018-ci ilin iyul ayı üçün ödəmə balansının səviyyəsini açıqlayıb. Belə ki, iyul ayında cari kəsrin miqdarı 2,97 milyard dollar olub.

Qeyd edək ki, nəticələr ötən ilin eyni dövrü ilə müqayisədə 818 milyon dollar azalaraq 2 milyard 973 milyon dollar səviyyəsində qərarlaşıb. Bununla da 12 aylıq cari əməliyyatlarda kəsrlər 57 milyard 386 milyon dollar geriləyib.

Digər tərəfdən xarici ticarətdə kəsrlər ötən illə müqayisədə 228 milyon dollar azalaraq 4 milyard 388 milyon dollara, birinci gəlir balansı kəsri isə 125 milyon dollara düşərək 1 milyard 8 milyon dollar olub.