USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR lirənin ucuzlaşmasından itirəcəkmi? - EKSPERT RƏYİ

11.08.2018 İqtisadiyyat
0 0
Türkiyənin milli valyutası ABŞ-la davam edən siyasi gərginlik fonunda sürətlə ucuzlaşır.

"Kommersant.az" xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, bu gün səhər saatlarında 1 dollar 15,51% bahalaşaraq 6,4140 lirə olub. Məlumatda eyni zamanda bildirilir ki, 1 avronun qiyməti də 14,29% bahalaşaraq 7,3243 lirə təşkil edib.

Ümumilikdə isə, son bir ildə Türkiyə lirəsinin dollar qarşısında ucuzlaşması 57,91%-ə çatıb.

Lirənin ABŞ dolları qarşısında yüksək dərəcədə dəyərdən düşməsinin "SOCAR Turkey" şirkətinə mənfi təsiri ola bilərmi?

"Azərbaycanın Türkiyədəki investisiyaları lirənin kəskin dəyər itirməsindən çox zərər görməyəcək".

Bunu "Kommersant.az"a açıqlamasında iqtisadçı ekspert Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, Petkimin həyata keçirdiyi satışların böyük hissəsi xarici valyutaya bağlı olduğu üçün layihələrin qısamüddətli hərəkət və dalğalanmalardan zərər görəcəyi gözlənilmir.

"Petkim son 3-4 ildir ki, İstanbul Fond Birjasında (İFB) ən çox xalis səhm alışı həyata keçirilən şirkətlər sırasında ilk beşlikdə yer alır. Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə milli valyutasının kəskin ucuzlaşması Petkimə təsirsiz ötüşəcək".

İqtisadçı ekspert İlham Şaban da portalımıza məsələ ilə bağlı optimist proqnoz verib:

"Türkiyə bazar iqtisadiyyatına malik ölkədir. Qiymətlər üzərində dövlət tənzimlənməsi yoxdur. Petkim tələb olunan xammalı dollarla alırsa, onu stabil qiymətə sata bilməz. O, qiyməti gəlirlərinə uyğun şəkildə təyin edir. Lirənin sürətlə dəyər itirməsi şirkətin gəlirlərinə ciddi təsir göstərə bilməz".

Qeyd edək ki, bu ilin aprel-iyun ayları ərzində əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim (Petrokimya) Holding"in xalis mənfəəti ilin I rübü ilə müqayisədə 183% artaraq 356 milyon Türkiyə lirəsi təşkil edib. II rübdə "Petkim"in xalis satışları əvvəlki rübə nisbətdə 25% artaraq 2,3 milyard lirə olub.

Xatırladaq ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsi ilə Türkiyədə fəaliyyətinə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir. Hazırda SOCAR "Petkim Holding"də 51% paya malikdir. Qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

  • Əvvəlki

    Türkiyədən ABŞ-a etiraz

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0