USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

LiAZ Azərbaycana avtobus tədarük etmək niyyətindədir

10.08.2018 İqtisadiyyat
0 0
Rusiyanın Likino avtobus zavodu (LiAZ) Azərbaycana avtobus tədarükünü təşkil etmək niyyətindədir.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, bunu “QAZ Qrupu”nun korporativ satışların inkişafı üzrə direktoru Nikolay Odintsov deyib.
N.Odintsovun sözlərinə görə, Azərbaycana avtobus tədarükü ilə bağlı bir neçə müqavilənin imzalanması gözlənilir.
Direktor qeyd edib ki, LiAZ-ın məhsullarının təxminən 10 faizi MDB ölkələrinə, ilk növbədə Qazaxıstana ixrac olunur:

“Bu il biz MDB ölkələri ilə əməkdaşlığı davam etdirəcəyik. Bundan başqa, bizim Şərqi Avropaya avtobus ixracı ilə bağlı planlarımız var”.
N.Odintsovun sözlərinə görə, LiAZ ildə 2,5 min avtobus istehsal edir. Şirkətin tədarükünün 70 faizi Moskva və Moskvaətrafının payına düşür.

  • Əvvəlki

    Qida Təhlükəsizliyi Agentliyində fındıq istehsalçıları ilə görüş keçirilib

Digər xəbərlər