USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd təsərrüfatı ilə bağlı mühüm qanun hazırlanır

11.08.2018 İqtisadiyyat
0 0
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi parlamentin qarşıdan gələn 2018-ci il payız sessiyasında müzakirələrə təqdim ediləcək.

"Kommersant.az" xəbər verir ki, sənəd adıçəkilən komitə və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə hazırlanır.

Bildirilib ki, hələ 2018-ci ilin yaz sessiyasının qanunvericilik işləri planında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi olsa da və onun may ayında müzakirələrə çıxarılması gözlənilsə də, müəyyən səbəblərdən təxirə salınıb.

"Əslində, bu sənəd ötən ilin dekabr ayında başa çatdırılıb, müzakirələrə təqdim olunmalı idi. Amma bu, mümkün olmadı. O zaman Kənd Təsərrüfatı Nazirliyi bu sənədi həmin müddətdə hazırlayıb başa çatdıra bilmədi. Odur ki, sənədin tam şəkildə hazırlanıb, bu ilin may ayında müzakirələrə çıxarılması nəzərdə tutulurdu.

Ancaq nazirlikdə dəyişiklik olduğu, rəhbərlik yeniləndiyi üçün onun müzakirəsi təxirə salındı. Ötən müddətdə isə onun üzərində işlər davam etdirilib və etdirilməkdədir.

Amma bu ilin payız sessiyasında həmin sənədin təkmil şəkildə əvvəlcə komitə səviyyəsində müzakirəsi, sonra isə sessiyanın qanunvericilik işlərin planına daxil edilməsi, plenar iclasa tövsiyəsi nəzərdə tutulur", - deyə MM-dən bildirilib.

(c) Oxu.az

  • Əvvəlki

    Sabaha olan - HAVA PROQNOZU

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0