Rusiya prezidenti Vladimir Putin Xəzəryanı ölkələri turizm üzrə mümkün birgə layihələr proqramı hazırlamağa çağırıb.
"Kommersant.az" “Report”a istinadla xəbər verir ki, o bu təkliflə Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin V sammitində çıxış edib.
"Qeyd edim ki, turizm perspektivli əməkdaşlıq sahəsidir. Beş ölkənin adiyyəti idarələri turizm sahəsində birgə layihələr proqramı hazırlaya bilərlər", - deyə o bildirib.