USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün hava necə olacaq?

13.08.2018 İqtisadiyyat
0 0
Bu gün bəzi bölgələrdə arabir yağış yağacağı gözlənilir.

Paytaxtdakı havaya gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 24-27° isti təşkil edəcək.

Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) mülayim şimal-qərb küləyi arabir güclənəcək, dəniz suyunun temperaturu 23-24° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir.