USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan Türkiyəyə böyük jest

13.08.2018 İqtisadiyyat
0 0
Rusiya vizaları ləğv etməyə hazırdır.

"Kommersant.az" xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyindən Türkiyəyə təklif gəlib. Belə ki, Rusiya bəzi kateqoriyalara mənsub türk vətəndaşlarının vizasını ləğv etməyə hazır olduğunu açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamda, xarici işlər naziri Sergey Lavrovun 13-14 avqustda Türkiyədə baş tutacaq görüşündə müzakirə olunacaq məsələlər ictimaiyyətə açıqlanıb. Belə ki, iki ölkə nazirləri arasında keçiriləcək görüşdə Suriya qarşıdurması, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Ukrayna və Qara dəniz ətrafı ərazilərin problemləri müzakirə olunacaq.

Açıqlamada son olaraq ölkələr arasında vətəndaşların səyahətini asanlaşdırmaq məqsədi ilə rəsmi Moskvanın viza verilişinin bəzi şərtlər daxilində ləğv edilməsinə hazır olduğu vurğulanıb.