USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Agentlik baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı açıqlama yayıb

13.08.2018 İqtisadiyyat
0 0
İlkin məlumatlara əsasən, axşam saat 20:00 radələrində “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

"Kommersant.az" xəbər verir ki, mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülmüş və aidiyyatı üzrə laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olub.

Bundan əlavə hadisənin baş verdiyi "Tonqal" restoranında müvafiq epidemoloji araşdırmalar aparılmış, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunmuş və faktla bağlı protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir, araşdırmanın nəticəsi ilə bağlı geniş məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılmış, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.