USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən ay Azərbaycanın idxalı rekord vurub

14.08.2018 İqtisadiyyat
0 0
Bu ilin iyul ayında idxalçılar xaricdən 1 milyard 115 milyon 892 min ABŞ dolları məbləğində mallar alıb. Bu, ötən ayın göstəricisindən 17,4 faiz çoxdur.

"Kommersant.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ümumiyyətlə, iyulda malların idxal həcmi illik rekord göstəricidir. İyunda idxal 804 milyon 953 min dollar təşkil etmişdi. Bundan əvvəl 2018-ci ildə ən yüksək aylıq idxal Apreldə qeydə alınmışdı - 834 milyon 562 min dollar. İyulda Azərbaycanın ixracı 2 milyard 85 milyon 892 min dollar təşkil edib, bu iyun ilə müqayisədə 61,5% çoxdur. İxrac həcmində nəzərəçarpacaq sıçrayışa baxmayaraq, ixrac gəlirləri xarici ticarət dövriyyəsinin aylıq 970 milyon dollarlıq müsbət aylıq saldosunu təmin edib.

Qeyd edək ki, iqtisadiyyatın canlanması və qonşu ölkələrin valyutalarının ucuzlaşması Azərbaycanın idxalına artırıcı təsir göstərir.