USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Facebook" istifadəçilərinin şəxsi məlumatlarını yayması belə nəticələndi

14.08.2018 İqtisadiyyat
0 0
Dünyanın aparıcı sosial şəbəkələri olan "Facebook", "Twitter" və "Snapchat"ın istifadəçilərinin sayı bu ilin II rübündə azalıb.

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətlərin rüblük hesabatlarında bildirilib. Məlumata görə, "Facebook"un 50 milyon istifadəçinin şəxsi məlumatların açıq şəkildə yayması, eləcə də ABŞ -dakı prezident seçkiləri kampaniyası zamanı bu sosial şəbəkədə yalan xəbərlərin yayılması onun gündəlik auditoriyasının 3, 275 mln. nəfər azalmasına gətirib çıxarıb. Bu ilin sonuna qədər daha 3 milyondan çox istifadəçinin bu platformadan istifadəni dayandıracağı gözlənilir.

Mikrobloqlar servisi olan "Twitter"in istifadəçilərinin sayı isə rüb ərzində 1 mln. nəfər azalıb.

"Snapchat" isə istifadəçilərinin sayının 3 mln. nəfər azaldığını bəyan edib və bunu ötən ilin noyabr ayında dizaynını dəyişdiyi mobil tətbiqinin istifadəçilərinin xoşuna gəlməməsi ilə izah edib.

(c) Report