USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çayçılar torpaq axtarır

14.08.2018 İqtisadiyyat
0 0
Azərbaycanda çayçılıq sahəsində yeni texnologiyanın tətbiqi ilə bağlı qrant vəsaitlərinin sahəyə cəlb edilməsi üçün aidiyyəti üzrə müraciətlər olunacaq.

Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildiriblər ki, qurumun idarə heyətinin sədri Şahin İsmayılbəyli və idarə heyətinin üzvü Tələt Məmmədov Astara rayonunda bölgədə çayçılıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb.

Görüşdə çayçılığın əvvəlki nüfuzunun özünə qaytarılması ilə bağlı görüləcək tədbirlər, dövlət tərəfindən həyata keçirilən islahatlardan bəhrələnmək, çayçılığa yararlı yeni torpaq sahələrinin müəyyənləşdirilməsi məsələlər müzakirə edilib.

Həmçinin çayçılıq sahəsində yeni texnologiyanın tətbiqi ilə bağlı qrant vəsaitlərinin sahəyə cəlb edilməsi üçün aidiyyəti üzrə müraciətlərin edilməsi barədə qərar qəbul olunub.

Müzakirələrdən sonra Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasına yeni üzvlər qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 12 sentyabr tarixli Sərəncamının 3.1-ci bəndinə əsasən təsis edilib. Qurumun yaradılmasında əsas məqsəd çay istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək verməkdir.