USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan iqtisadiyyatının artımı kəskin yavaşladı

16.08.2018 İqtisadiyyat
0 0
Neft sektorunda istehsalın azalması və qeyri-neft sektorunda isə istehsalın kəskin yavaşlaması iqtisadiyyatın artım sürətini zəiflədib. 2018-ci ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43 milyard 478,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 0,9 faiz artmış, neft sektorunda isə 0,8 faiz azalmışdır.

Əlavə dəyərin 46,9 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi tikinti, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə, 13,2 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 4436,3 manata bərabər olmuşdur.

Xatırladaq ki, 2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37 milyard 9,1 milyon manata çatmışdı. İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz, neft sektorunda isə 0,1 faiz artmışdı.

(c) Marja