USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət büdcəsinin gəlirləri artıb - RƏQƏMLƏR

16.08.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 27,6 faiz artaraq 9 milyard 860,4 milyon manata, xərcləri isə 16,2 faiz artaraq 9524,3 milyon manata çatmışdır. Büdcənin icrasında yaranmış 336,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,9 faizini təşkil etmişdir.

"Kommersant.az" Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, daxilolmaların 20,2 faizi əlavə dəyər vergisi, 11,4 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,1 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,9 faizi fiziki şəxslərin gəlir vergisi, 3,4 faizi aksizlər, 2,3 faizi sadələşdirilmiş vergi, 2,2 faizi vergilərin digər növləri, 50,5 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilmişdir.

2018-ci ilin yanvar-iyun ayında 2017-ci ilin yanvar-iyununa nisbətən ən çox sadələşdirilmiş (33,6%), ən çox əlavə dəyər (28,8%) və aksiz (27,7) vergiləri artb.

Hüquqi şəxslərin mənfəət vergisi 8,2%, fiziki şəxslərin gəlir vergisi 4%, yol vergisi üzrə yığımlar isə 51,1% azalıb. Mənfəət və gəlir vergisinin azalması vergi güzəştləri, şirkətlərin mənfəətlərinin, fərdi sahibkarların isə gəlirlərinin azalması ilə bağlı ola bilər.