"Kommersant.az" xəbər verir ki, Çin mətbuatından verilən məlumata görə, Rusiya və Çinin ölkə başçıları dünyada bərabərhüquqlu və ədalətli cəmiyyətin qurulması məqsədi ilə ortaq addımlar atmaq niyyətində olduqlarını açıqlayıblar.
Tərəflər arasında görüş 15 avqust tarixində Moskvada baş tutub. Belə ki, iki ölkə arasında münasibətlər daha yüksək səviyyəyə qalxıb. Ölkə başçıları Çin-ABŞ münasibətlərini, İranın nüvə sazişini, Yaxın Şərqdə hökm sürən qeyri-stabilliyi müzakirə edərək nəticəyə gəliblər. Ölkələr birlikdə hərəkət edərək dünya rifahını tənzimləyəcəklərini bildiriblər.