Ümumiyyətlə son 2 ay ərzində kiber polislərə saxtakarlıqla bağlı 203 müraciət daxil olub.
"Kommersant.az" xəbər verir ki, ingilislər saxtakarlara görə 2 ay ərzində 2 milyon avro zərər ediblər.
Saxtakarlar isə öz məqsədlərinə çatmaq üçün sosial şəbəkələrdən istifadə ediblər. Belə ki, onlar əslində mövcud olmayan sistem yaradaraq sərmayəçilərin yatırımlarını ora yatırması üçün müxtəlif reklamlardan istifadə edərək investorların diqqətini cəlb ediblər.
Hazırda kiber təhlükəsizlik sistemindən investorlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilib.