Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ilə 6000 civarında xarici investor arasında telekonfrans ilə görüş başa çatıb.
Albayrak investorlara görüşdə mühüm mesajlar verib.
"Kommersant.az" Marja-ya istinadla xəbər verir ki, nazir, Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlığın və kapitala nəzarətin gündəliklərində olmadığını da deyib:
"Kapital nəzarətləri gündəliyimizdə deyil və olmayacaq, Türkiyə heç vaxt bazar deportasiyası qaydaları həyata keçirməyib. Bazarın etimadını artırmaq üçün hər bir addım atılacaq. Struktur islahatları prioritetimizdir. BVF ilə əlaqəyə keçmək, əməkdaşlıq planımız yoxdur. Vergi gəlirləri tərəfində müsbət göstəricilər müşahidə edirik".