USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik pensiyaçıları sevindirdi

16.08.2018 İqtisadiyyat
0 0
Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.

"Kommersant.az"ın Oxu.az-a istinadən məlumatına görə, avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib. Fond avqust ayının 9-da Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini təmin edib. Eyni zamanda, avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan əmək pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb. Pensiyaların maliyyə təminatı üçün tələb olunan maliyyə vəsaitlərinin Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi tam təmin olunub.