USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollara alternativ valyuta yaradılır

16.08.2018 İqtisadiyyat
0 0
Rusiya parlamentinin Aşağı Palatası olan Duma-nın Maliyyə Bazarı Komitəsinin rəhbəri Anatoli Aksakov ABŞ dollarının təzyiq vasitəsi kimi istifadə edilməsinin yeni qlobal valyutanın ortaya çıxmasına səbəb olacağını bildirib.

"Kommersant.az" Qafqazinfo-ya istinadla xəbər verir ki, o, təzyiqlərin davam edəcəyi təqdirdə beynəlxalq ödəmələrdə dollardan imtina ediləcəyini söyləyib. Aksakov BRICS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Akrika) öz aralarında ödəmələri həyata keçirmək üçün yeni valyuta yaradılması ehtimalının müzakirə etdiyini vurğulayıb: "Bu proses 5 il çəkə bilər. Bu rəsmi Vaşinqtondan asılıdır. Əgər ABŞ təzyiqləri davam etdirərsə, digər ölkələr də dollardan imtina etməyə davam edər. Yeni qlobal valyuta ortaya çıxdıqdan sonra dollar dəyərini itirəcək və ABŞ-ın qlobal təsiri də yox olacaq". Məlumat üçün bildirək ki, dünya əhalisinin yarısı BRICS ölkələrində yaşayır. Qlobal sənayenin isə 30 faizi bu ölkələrdədir.