CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 71,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,15 dollar/barel azdır.
"Kommersant.az" bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 15-də 70,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,16 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 15-də 67,41 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,19 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 15-də 68,87 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,22 dollar/barel azdır.