USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"BakuBus"ın səsi ilə - VİDEO-MÜSAHİBƏ

17.08.2018 İqtisadiyyat
0 0
"Avtobus dayanacağa gəldikdə dərhal minməyə tələsməyin. Gözləyin nəqliyyat vasitəsi tam dayansın və qapılar açıldıqdan sonra avtobusa yaxınlaşın".

"Kommersant.az"ın "İş xanımı" layihəsinin bu dəfəki qonağı "BakuBus"ın səsi Samirə Rəcəblidir.

Uşaqlıqdan musiqi ilə məşğul olan müsahibimiz 11 ilə yaxındır ki, professional səsləndirmə ilə məşğuldur. "JAM Media" ilə reklam səsləndirmə sahəsində əməkdaşlıq edən Samirə xanım, səsi haqqında pozitiv rəylər eşitdiyini deyir. Özü də səsini bəyənir. Müsahibimiz, simasının görünməsindən çox, səsinin eşidilməsini sevir:

"Deyilənə görə səsimdə şən notlar çoxdur. Adi əhvalat danışanda belə mənə deyirlər ki, səsim öz həyatı ilə yaşayır. Ola bilər ki, tembrimə görə bəyənirlər".

Samirə xanım bir neçə müğənninin mahnılarında "back vokal" olaraq çıxış edib. Brilliant Dadaşovanın repertuarını sevir və elə həyat devizi də "Hansı musiqini dinlədiyini de, kim olduğunu təyin edim"dir. Cazı sevən xanım müsahibimiz dostları arasında "Samira Jazzy" ləqəbi ilə tanınır.

"Azərbaycan Hava Yolları"QSC (AZAL), bir sıra banklar və şirkətlərlə əməkdaşlıq edir. Xına hobbisini işə çevirdiyini deyən Samirə xanım xınayaxdılara da dəvət alır.

Cizgi filmləri də səsləndirən müsahibimiz film dublyajında iştirak üçün təklif gözləyir.

Hər gün "BakuBus" avtobuslarında xəbərdarlıqlarını eşitdiyimiz səsin sahibi ilə video-müsahibəni təqdim edirik: