USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Oliqarxlar üçün qapılar bağlandı

17.08.2018 İqtisadiyyat
0 0
Avropa Birliyi qərar qəbul edəcək.

"Kommersant.az" xəbər verir ki, Avropa Birliyinin idarə heyətindən verilən məlumata görə, Avropa rus oliqarxlarının "qızıl viza" və passport alışına məhdudiyyət qoyacaq.

Belə ki, "qızıl viza" proqramına əsasən, edilən hər yatırıma bir vətəndaşlıq hüququ verilirdi. Təbii ki, bu hüquqlar hər ölkənin öz qanunlar əsasında xüsusi təşkil olunurdu. Belə ki, yatırım əsasında vətəndaşlıq hüququ verən ölkələr Avstriya, Böyük Britaniya, Almaniya, Kipr, Malta, Slovakiya, İsveçrə və digərləridir.

Avropa Birliyi isə hazırda "qızıl viza"nın Troya atına çevrilə biləcəyindən ehtiyat edir. Buna görə də başda rus oliqarxları olmaqla sözügedən hüququ məhdudlaşdırmaq niyyətində olduğunu və qapıları onların üzünə "bağlayacağını" bəyan edib.