USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərasim evlərində - QİYMƏTLƏR, SİYAHI

21.08.2018 İqtisadiyyat
0 0
Son zamanlar Bakıda mərasim zallarının sayı sürətlə artır.

"Kommersant.az" həmin zallarda göstərilən xidmətlərin qiymətini araşdırıb.

Məlum olub ki, Bakıda mərasim zalları üzrə sadə menyuların qiyməti orta hesabla 10-20 manat təşkil edir. Menyuya müxtəlif növ yeməklər, plov, çay, halva, limon, şirniyyatlar, salatlar, dovğa və s. daxildir. 200-300 nəfərlik zalların sifarişi adambaşına 10 manata başa gəlir.

Mədinə mərasim evi 300 nəfərlik zaldan ibarətdir. Zal icarəyə verilmir. 1 nəfərlik ehsan süfrəsi 12 manata başa gəlir. Qiymətdə 10 manata qədər endirim edilir.

Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən mərasim evində də, qiymətlər təxminən eynidir. 250 və 500 nəfərlik zallardan ibarət olan mərasim evində ehsan süfrəsinin qiyməti adambaşına 11-12 manatdan hesablanır.

Binəqədi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən mərasim evinin adminstratoru bildirdi ki, icarəyə götürülən 300 nəfərlik zal üçün ərzağın ev yiyəsi tərəfindən alınması baha başa gəlir:

"Əgər ehsan süfrəsini biz açırıqsa, adamın biri 10-12 manatdan hesablanır".

Mərasim evinin xidmətlərinə çadır təklifi də daxildir.

Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən mərasim evində isə 200-300 nəfərlik zallar fəaliyyət göstərir. Ehsan süfrəsinin 1 nəfər üçün qiyməti 10 manatdır.

Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində fəaliyyət göstərən mərasim evi 150 və 250 nəfərlik zallardan ibarətdir. Kiçik zalın icarə haqqı 350 manat, böyük zalın isə 400 manatdır. Adam 150 nəfərdən çox olarsa, 1 nəfər üçün süfrə 10 manatdan hesablanır. 150 nəfərdən az olanda isə baha olur.

"Furqan" mərasim evinin 300 nəfərlik zalında 1 nəfərlik ehsan süfrəsi 10 manatdır. Zalın icarəyə götürülməsi isə 600 manata başa gəlir.

Heydər Məscidinin mərasim zalında menyu 12-20 manat arasında dəyişir. 12 manatlıq menyuya meyvə daxil deyil. Mərasim zalının əməkdaşının dediyinə görə, yüksək səviyyəli xidmət isə 20 manata başa gəlir. 150-450 nəfərlik iki zal fəaliyyət göstərir. 150 nəfərlik zalının ən azından 50%-nin dolması şərtdir.

  • Əvvəlki

    Rublun bu günə olan - MƏZƏNNƏSİ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0