USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq

17.08.2018 İqtisadiyyat
0 0
Azərbaycan Xarkov və Odessada ticarət evləri açmağı planlaşdırır.

"Kommersant.az" bildirir ki, Trend-ə Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən verilən məlumata görə, gələcəkdə Azərbaycan Lvov və Truskovetsdə də ticarət evlərini açmaq imkanını nəzərdən keçirir.
22 iyunda Kiyevdə Azərbaycanın Ukraynada ilk ticarət evi açılıb. Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Ukraynanın Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv iştirak ediblər.
Ticarət evlərində “Made in Azerbaijan” brendi ilə təqdim olunan mallar arasında mineral sular, alkoqollu içkilər, kosmetika, avtomobil yağları, çay və digər məhsullar olacaq.

Son vaxtlar Azərbaycan Made in Azerbaijan brendini xarici ölkələrdə aktiv olaraq təşviq edir. Bu məqsədlə artıq Riqada (Latviya, Minskdə (Belarus) ticarət evləri açılıb. Azərbaycan şərab evinin Şanxayda (Çin) açılması da nəzərdə tutulub.