USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda neft bahalaşıb

17.08.2018 İqtisadiyyat
0 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 72,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel çoxdur.

"Kommersant.az" xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 16-da 71,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 16-da 68,34 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 16-da 69,83 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,96 dollar/barel çoxdur.