USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrük Komitəsinin dövlət büdcəsinə daxilolmaları artıb

18.08.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 941 milyon 158,40 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Kommersant.az"a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmaları 513 milyon 325 min manat çoxdur.
Yeddi ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 498 milyon 119 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 milyard 328 milyon 808,30 min manat, aksizlər üzrə 93 milyon 504,30 min manat, yol vergisi üzrə isə 20 milyon 726,80 min manat təşkil edib.