USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Fitch"dən Rusiya ilə bağlı müsbət proqnoz

18.08.2018 İqtisadiyyat
0 0
Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib.

"Kommersant.az" Report-a istinadən xəbər verir ki, bu barədə "Fitch" Beynəlxalq Reytinq Agentliyi məlumat yayıb.

Belə ki, "Fitch" Rusiyanın reytinqini "BBB-" səviyyəsində, müsbət proqnozlaşdırıb. Amma ekspertlər əvvəllər məhdudlaşdırıcı tədbirlərin Rusiya iqtisadiyyatında qeyri-sabitliyə gətirib çıxardığını bildirirdilər.

Həmçinin, "Fitch" Beynəlxalq Reytinq Agentliyi Rusiya ÜDM-nin böyüməsinin ilin sonuna kimi 1,8 % olacağını ehtimal edir.

Xatırladaq ki, bu ilin aprelindən ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib.