Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə 5 milyard 489 milyon 727 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
"Kommersant.az" Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrünə nisbətən 2 milyard 650 milyon 325 min dollar çoxdur.
Hesabat dövründə Aİ ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 338 milyon 295 min dollardır.