"Kommersant.az" xəbər verir ki, Rusiyanın ət emalı müəssisələri keyfiyyətli məhsul istehsal edə bilmək üçün qiymətlərin qaldırılmasının vacibliyini vurğulayıblar.
Qiymətlərin qaldırılmasını istəyən ət emalı müəssisələri milli birliyi artımın ASF epidemiyası, dövriyyənin dəyişməsi, sənayedə xammalın və xərclərin artması səbəbindən qaçılmaz olduğunu bildirib. Onların sözlərinə görə, kolbasa və digər ət və ət məhsullarının keyfiyyəti birbaşa qiymətdən asılıdır.
Bazarda vətəndaşlar arasında keçirilən sorğunun nəticələrində isə qiymətlərin hiss olunacaq qədər qalxacağına inam olmadığı bildirilib.